Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Azərbaycan İsraillə aqrar innovativ texnologiyaların tətbiqi sahəsində əməkdaşlıq edə bilər

Baxılıb: 613     Tarix: 13-02-2023 12:03   

Aqrar sahədə müasir innovativ texnologiyaların tətbiqində Azərbaycanla İsrail əməkdaşlıq edə bilər.
Bunu Azərbaycan kənd təsərrüfatı naziri İnam Kərimov Bakıda "Kənd təsərrüfatı və təhsil" mövzusunda keçirilən Azərbaycan -İsrail İnnovasiya Forumunda deyib.
Onun sözlərinə görə, iki ölkə arasında əməkdaşlıq üçün fokuslandığımız sahə kənd təsərrüfatıdır: "İsrail kənd təsərrüfatı sahəsində geniş innovasiyalar tətbiq edir. İsrail su və torpaq resursları məhdud ölkədir, bu, yalnız İsrail üçün xas hal deyil, eyni zamanda, dünyanın bir çox ölkələrinə də aiddir.
Əfsus ki, Azərbaycan bu siyahıda istisna deyil. Azərbaycanın su ehtiyatlarının çoxu ölkə xaricində formalaşır. Azərbaycan üçün aqrar sahə dövlətin əsas prioritetdir. Ona görə də bu kimi problemlərin həllində əsas məqam innovasiyaların tətbiqinin genişləndirilməsidir".

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar