Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

“ASAN xidmət” “Dünyanın Ən Qabaqcıl Dövlət Xidməti” mükafatına layiq görülüb

Baxılıb: 459     Tarix: 16-02-2023 13:48   

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən 10-cu Dünya Hökumət Sammitində “ASAN xidmət” “Qlobal Hökumət Mükəmməlliyi Mükafatı” Proqramı çərçivəsində “Dünyanın Ən Qabaqcıl Dövlət Xidməti” seçilib və xüsusi mükafata layiq görülüb.
Bu barədə “Qafqazinfo”ya Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, mükafat Dubay Əmirliyinin vəliəhd şahzadəsi Şeyx Həmdan bin Məhəmməd bin Rəşid Əl Maktum tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevə təqdim olunub.
“Qlobal Hökumət Mükəmməlliyi Mükafatı” Birləşmiş Ərəb Əmirlikləri Hökumətinin təşəbbüsü ilə Dünya Hökumət Sammiti çərçivəsində dünyada qabaqcıl hökumət təşəbbüslərinin qiymətləndirilməsi, dövlət xidmətlərinin göstərilməsi sahəsində innovasiyaları təşviq etməklə uğurlu təcrübələrin mükafatlandırılması məqsədilə təsis olunub.
Dünyada bu formatda və növdə təsis olunmuş ilk mükafat olan “Dünyanın Ən Qabaqcıl Dövlət Xidməti” mükafatı üzrə qalib olan Azərbaycan 80 namizəd ölkə arasından seçilib.

Qanunvehedef.azшаблоны для dle 11.2



Buy yes2win blackhat skill google seo ranking