Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

General Etibar Mirzəyev Hatayada baş vermiş zəlzələ ilə bağlı son durumu açıqlayıb

Baxılıb: 615     Tarix: 21-02-2023 11:56   

"Hazırda Azərbaycanın xilasediciləri Hatayda axtarış-xilasetmə işlərini davam etdirir".
Bunu "Report"un Türkiyəyə ezam olunmuş əməkdaşına açıqlamasında Azərbaycanın fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev deyib.
"Bildiyiniz kimi, Azərbaycanın Prezidenti İlham Əliyevin tapşırığına əsasən Fövqəladə Hallar Nazirliyinin bir qrup axtarış-xilasetmə əməkdaşları Türkiyənin Kahramanmaraş şəhərində fəaliyyətlərini davam etdirirlər. Bir neçə gün bundan əvvəl FHN-in 114 nəfərdən ibarət qrupunu Hatay şəhərinə göndərdik və orada axtarış-xilasetmə işləri aparırlır. Mən özüm də Hatayda oldum, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin Kordinasiya Mərkəzinin rəhbərləri ilə görüşdüm.
Məlum olduğu kimi, ötən gecə Hatayda 6,4 bal gücündə, Kahramanmaraşda isə 5,9 bal gücündə zəlzələ qeydə alındı. Zəlzələ bölgələrindəki binaların əksəriyyəti yararsızdır. Hatayda baş verən zəlzələ zamanı 6 nəfər ölüb, 20 nəfər ağır bədən xəsarəti, 200-ə yaxın isə yüngül bədən xəsarəti alaraq müxtəlif xəstəxanalara aparılıb. Hazırda vəziyyət nəzərət altındadır və Azərbaycanın 114 nəfərdən ibarət qrupu orada axtarış-xilasetmə işlərini aparır", - nazir müavini vurğulayıb.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar