Xəbər lenti
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Binanın əyilməsi ilə bağlı məlumat təsdiqini tapmadı

Baxılıb: 413     Tarix: 03-03-2023 14:16   

Ötən gün bəzi xəbər saytlarında “Bina əyildi - sakinlər təhlükədə” başlıqlı material dərc edilib.
Qanunvehedef.az “Qafqazinfo”-a istinadən xəbər verir ki, 7NEWS.az saytının əməkdaşı hadisə yerinə yollanıb.
İlk növbədə “Qobu Park-2” yaşayış kompleksinin tikintisində podratçı kimi çıxış etmiş “Kristal Abşeron”un əməkdaşları ilə binaya baxış keçirilib.
Məlum olub ki, yayılmış görüntülərdə 2 bina arasındakı olmalı olan boşluq - antiseysmik tikişin üzərində olan dəmir listlərin dəyişdirilməsi işi öz əksini tapıb. Bu isə binanın dayanıqlılığına hər hansı bir təsir göstərmir.
Bina Fövqəladə Hallar Nazirliyinin aidiyyətı qurumlarının nümayəndələri tərəfindən də yoxlanılıb. Bina konstruktiv cəhətdən tam yüksək səviyyədədir və heç bir dəyişiklik yoxdur. Eyni zamanda memarlığında da hər hansı bir dəyişiklik yoxdur.
Bildirilib ki, bina tam təhlükəsiz şəkildə sakinlərin istifadəsindədir.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar