Xəbər lenti
28/03/2023 [13:51]
Sabah 28° isti olacaq
Arxiv
«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

“Yayda əhali su ilə tam təmin oluna bilməyəcək” - Kür quruyur

Baxılıb: 435     Tarix: 16-03-2023 15:04   

Kür çayının Salyan və Neftçala rayonları ərazisindən keçən hissəsində şirin su qıtlığı kəskin vəziyyət alıb.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) məlumat yayıb.
Bildirilib ki, araşdırmanı Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin əməkdaşları aparıblar.
Salyan və Neftçala rayonlarında şirin su qıtlığının təbii və antropogen ekosistemlərdə yaratdığı ekoloji vəziyyəti tədqiq edərkən, məlum oldub ki, Kür çayı quruyub, yatağında axımı olmayan kiçik gölməçələr qalıb. Çay yatağında davamlı bitki örtüyünə malik landşaftlar geniş sahədə quruyub, takırabənzər yataq əmələ gəldiyi aşkarlanıb.
Kürün dənizə açıldığı yerdə süni bəndin tikilməsi ilə çay və dəniz ekosistemləri arasında mübadilə tamamilə dayanıb. Bu hissədə Kür suyunun səviyyəsi dənizdən 1,6 m aşağı düşüb.
Yay aylarında bu su ekosisteminin xəstəlik mənbəyinə çevriləcəyini ehtimal edən mütəxəssislər əhalinin su ilə tam təmin oluna bilməyəcəyini, habelə əkin sahələrinin suvarılmasında ciddi problemlər yaranacağını diqqətə çatdırıblar.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar