Xəbər lenti
25/11/2024 [13:07]
“TOYUNU GÖRƏK!”
25/11/2024 [12:51]
TƏBRİK EDİRİK!
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Tahir Mirkişili: "225 milyon manat əsassız ödənişin yalnız 35 milyon manatı bərpa edilib"

Baxılıb: 322     Tarix: 17-03-2023 12:55   
 
"Dövlət maliyyə nəzarəti sahəsində görülən işləri təqdir etməklə yanaşı, bu sahədə keyfiyyətcə yeni yanaşmaların zəruri olduğunu düşünürük. Hesabatda təqdim edilən rəqəmlər də bizi bu qənaətə gəlməyə vadar edir".
Qanunvehedef.az xəbər verir ki, bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin martın 17-də keçirilən plenar iclasında hökumətin hesabatının müzakirəsi zamanı deyib.
Komitə sədrinin sözlərinə görə, 2022-ci ildə görülmüş nəzarət tədbirləri nəticəsində 225 milyon manat həcmində artıq və əsassız ödənişlərin yalnız 35 milyon manatının bərpasını təmin etmək mümkün olub:
"Ümumiyyətlə, təcrübə göstərir ki, vəsaitlərin itkisi ilə, hadisə baş verdikdən sonra mübarizənin hüquqi effekti olsa da, iqtisadi effekti o qədər də yüksək olmur. Bu problem yalnız dövlət təşkilatlarında deyil, eyni zaman özəl sektorda da müşahidə edilir".
"Məsələn, hesabat ilində səyyar vergi yoxlaması ilə əhatə olunanların 98,7%-də vergi qanunvericiliyinin, mühasibatlıq və maliyyə intizamının pozulması halları aşkar edilib. Ona görə də, maliyyə planlamasında və mühasibatlıq intizamında pro-aktiv, yəni pozuntuların baş verməsinə əvvəlcədən imkan verməyən mexanizmlərə ciddi ehtiyac yaranıb. Məsələn, hesab edirik ki, bir çox inkişaf etmiş ölkələrdə olduğu kimi, büdcədən maliyyələşən təşkilatlarda maliyyə rəhbərlərinin yarı müstəqilliyinin təmin olunması, onların çalışdığı orqanla yanaşı dövlət büdcəsinə cavabdeh orqan qarşısında da hesabatlı olması pozuntuların əvvəlcədən qarşısının alınmasına xidmət edə bilər" – Tahir Mirkişili əlavə edib.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar