Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Dörd keçmiş hakim vəkil olub

Baxılıb: 796     Tarix: 11-04-2023 12:25   

 Dörd nəfər keçmiş hakim vəkil kimi fəaliyyət göstərəcək.
APA xəbər verir ki, 4 keçmiş hakim Vəkillər Kollegiyasına üzv qəbul olunub.
Onlar Əmir Bayramov, Kəmalə Əmirxanova, Məhəmməd Bağırov və Nofəl Mustafayevdir.
Əmir Novruz oğlu Bayramov 2010-cu ildən Bakı Apellyasiya Məhkəməsinin hakimi kimi fəaliyyət göstərib. Əmir Bayramov 2000-2007-ci illərdə Bakı Hərbi Məhkəməsinin hakimi olub. Yaş həddi ilə bağlı təqaüdə çıxıb.
Kəmalə Fərman qızı Əmirxanova Nərimanov Rayon Məhkəməsinin hakimi olub. 2022-ci ildə vaxtından əvvəl səlahiyyətlərinə xitam verilib.
Məhəmməd Abduləli oğlu Bağırov Füzuli Rayon Məhkəməsinin hakimi və sədri olub. 2022-ci ildə vaxtından əvvəl səlahiyyətlərinə xitam verilib.
Nofəl Qara oğlu Mustafayev Tovuz Rayon Məhkəməsinin hakimi olub. 2022-ci ildə vaxtından əvvəl səlahiyyətlərinə xitam verilib.
Qeyd edək ki, onlar bu gün vəkil andı içərək fəaliyyətə başlayacaqlar.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar