Xəbər lenti
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Azərbaycanın ikinci hərbçisi də Ermənistanda saxlanılıb

Baxılıb: 678     Tarix: 13-04-2023 15:05   

“Aprelin 13-ü Ermənistan ərazisində itkin düşən digər azərbaycanlı hərbçi də tapılaraq saxlanılıb”.
Qanunvehedef.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb.
Erməni teleqram kanallarında yayılan məlumata görə, əsgər Qafan rayonu ərazisində saxlanılıb. Saxlanılan şəxs Axundov Hüseyn Əhliman oğludur.
Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu istiqamətində əlverişsiz hava şəraitində məhdudgörmə səbəbindən Azərbaycan Ordusunun iki hərbi qulluqçusu ərazidə istiqaməti itirərək azıblar. Onlardan biri aprelin 11-i saxlanılıb.
Qeyd edək ki, Müdafiə Nazirliyinin aprelin 10-u yaydığı rəsmi məlumata görə, əsgərlər - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu itkin düşüblər. Sözügedən əsgərlərin yaxınları onların aprelin 5-i itkin düşdüklərini bildiriblər.





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar