Xəbər lenti
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Dövlət Xidmətində Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir - Foto

Baxılıb: 604     Tarix: 10-05-2023 12:49   

Xüsusi Rabitə və İnformasiya Təhlükəsliyi Dövlət Xidmətinin şəxsi heyəti Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasətçi və dövlət xadimi Heydər Əliyevin Fəxri Xiyabandakı məzarını ziyarət ediblər.
Qanunvehedef.az xəbər verir ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsliyi Dövlət Xidmətinin rəisi general - leytenant İlqar Musayev ümümilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarması, müdrik və uzaqgörən siyasətçi kimi ölkəmizin təhlükəsizliyinə xüsusi diqqət yetirməsi haqqında məlumat verib.
O, qeyd edib ki, ölkəmizdə rabitə və informasiya-kommunikasiya texnologiyaları sahəsi daima Ulu Öndərin diqqət mərkəzində olmuş və yüksək nailiyyətlər əldə
İlqar Musayev ölkə başçısı Ali Baş Komandan İlham Əliyevin Umummilli Liderin siyasətini uğurla davam etdirdiyini və apardığı müdrik siyasət nəticəsində 44 günlük Vətən müharibəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyduğunu, işğal altında olan torpaqlarımızın məhz onun rəhbərliyi altında azad edilməsini tədbir iştirakçılarının diqqətinə çatdırıb.






{sape_links}{sape_article}