Xəbər lenti
29/03/2024 [14:35]
Fransa NATO-dan çıxacaq?
Arxiv
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Tahir Budaqov: Heydər Əliyev ideyaları Azərbaycanın milli-mənəvi sərvətidir

Baxılıb: 441     Tarix: 10-05-2023 13:48   

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2023-cü il ölkəmizdə "Heydər Əliyev İli" elan olunub. Bu il ərzində istər respublikamızda, istərsə də onun hüdudlarından kənarda müxtəlif tədbirlər keçirilir. Heydər Əliyev Azərbaycan xalqının xilaskarı, müstəqil dövlətimizin qurucusu kimi müasir tariximizdə özünəməxsus yer tutan böyük şəxsiyyətdir".
Qanunvehedef.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov jurnalistlərə açıqlamasında söyləyib.
Tahir Budaqov bildirib ki, ulu öndər Heydər Əliyev istər keçmiş Sovet İttifaqı dövründə, istərsə də müstəqillik illərində Azərbaycanın inkişafı və tərəqqisi üçün misilsiz xidmətlər göstərib: "Heydər Əliyev ideyaları Azərbaycanın milli-mənəvi sərvətidir. Bu gün də Azərbaycanın əldə etdiyi bütün uğurlar Heydər Əliyev siyasətinin təntənəsi kimi qəbul olunmalıdır".
"Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında ən böyük xidmətlərindən biri də siyasi varisliyin təmin olunmasıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünü təmin etməklə Heydər Əliyevin ən böyük arzusunu gerçəkləşdirib. Ona görə də bu gün Azərbaycan xalqı böyük qürur və fəxarətlə Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Fəxri xiyabana axın edərək Ulu Öndərin əziz xatirəsini ehtiramla yad edir",- deyə YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri vurğulayıb.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar