Xəbər lenti
25/11/2024 [13:07]
“TOYUNU GÖRƏK!”
25/11/2024 [12:51]
TƏBRİK EDİRİK!
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Ötən il azad edilmiş ərazilərdə tikinti işlərinə ayrılan vəsait açıqlandı

Baxılıb: 640     Tarix: 24-05-2023 12:34   

İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2022-ci ilin dövlət büdcəsindən cəm olaraq 4311,0 milyon manat vəsait ayrılıb.
Qanunvehedef.az xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində qeyd olunub.
Bildirilib ki, bu vəsaitin 2665,4 milyon manatı və ya 61,8 faizi işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası ilə bağlı nəzərdə tutulmuş məqsədli xərclərin, 1079,7 milyon manatı (“Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 19.6-cı maddəsinə uyğun olaraq 2022-ci il dövlət büdcəsinin bəzi xərclərinin icrası zamanı qənaət olunmuş vəsait hesabına dövlət büdcəsinin ehtiyat fonduna əlavə yönəldilmiş 1073,5 milyon manat vəsait nəzərə alınmaqla) və ya 25,1 faizi dövlət büdcəsinin ehtiyat fondunun, 467,1 milyon manatı və ya 10,8 faizi dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) xərclərinin, 98,8 milyon manatı və ya 2,3 faizi dövlət büdcəsində nəzərdə tutulmuş məqsədli xərclər hesabına ayrılmış vəsaitlərin payına düşür.
Həmin vəsaitin 4070,9 milyon manatı infrastruktur təyinatlı layihələrin tikintisinə, yenidən qurulmasına (yol infrastrukturlarının layihələndirilməsinə, tikintisinə, yenidən qurulmasına 3677,6 milyon manat (avtomobil yollarına 3347,8 milyon manat, dəmir yollarına 329,8 milyon manat), yeni su elektrik stansiyalarının və enerji qovşaqlarının tikintisinə (128,8 milyon manat), ərazilərin içməli su təchizatının yaxşılaşdırılmasına (30,3 milyon manat), meliorasiya işlərinə (115,7 milyon manat), yeni yaşayış komplekslərinin layihələndirilməsi və tikintisi işlərinin aparılmasına (82,8 milyon manat), bərk məişət tullantıları infrastrukturunun yaradılmasına (5,5 milyon manat), kadastr xidmətlərinin həyata keçirilməsinə (15,0 milyon manat), hava limanlarında aeronaviqasiya sistemlərinin quraşdırılmasına 10,0 milyon manat), 99,9 milyon manatı ərazilərin minalardan təmizlənməsinə, 60,9 milyon manatı müdafiə və hüquq mühafizə təyinatlı obyektlərin tikintisinə, təmirinə, 54,5 milyon manatı sosial təyinatlı layihələrin (təhsil, səhiyyə, mədəniyyət və bu kimi digər sosial tədbirlərə), 24,8 milyon manatı isə digər tədbirlər üzrə xərclərə yönəldilib.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar