Xəbər lenti
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Bəzi rayonlara leysan yağıb, Girdimançaydan sel keçib – FAKTİKİ HAVA

Baxılıb: 259     Tarix: 07-06-2023 10:45   

Bir sıra rayonlara leysan yağıb, Girdimançaydan sel keçib.
Milli Hidrometeorologiya Xidmətindən Qanunvehedef.az-a bildirilib ki, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.
Xidmətin iyunun 7-si saat 00:00-a olan məlumatına əsasən Naxçıvan, Şahbuz, Daşkəsən, Yevlax, Gədəbəy, Göygöl, Naftalan, Gəncə, Ağstafa, Ceyrançöl, Tovuz, Balakən, Ağsu, Qəbələ, Şəki, Şahdağ, Oğuz, Quba, Şabran, Altıağac, Xaltan, Qusar, Qırız, İsmayıllı və Şəkidə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
İsmayıllı rayonunun yüksək dağlıq ərazisindəki Lahıc, Ərəgit, Yuxarı Cülyan, Daxar, Yuxarı Zərnava, Qaraqaya kəndlərinə yağan leysan yağış nəticəsində Girdimançaydan sel keçib.
İyunun 6-da, saat 23:30 radələrində Zaqatala rayonuna xırda dənəli dolu düşüb.
"Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti ilə əlaqədar əhalini bir daha ehtiyatlı olmağa çağırırıq", - Xidmətdən bildirilib.

Qanunvehedef.azшаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar