Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Kimlərin "ÇÖRƏK PULU" kəsiləcək? - Bundan sonra... - VİDEO

Baxılıb: 437     Tarix: 16-06-2023 10:20   

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan məcburi köçkünlərin vahid aylıq müavinətinin dayandırılacağı xəbərləri yayılıb.
Məlumatlarda bildirilir ki, VÖEN-i olan və sahibkar kimi fəaliyyət göstərən məcburi köçkünlərə dövlət tərəfindən verilən "çörək pulu" kəsiləcək.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri İbrahim Mirzəyev "Xəzər Xəbər"ə bildirib ki, bu məsələ Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilən qanunla tənzimlənir. Həmin qanun isə 2017-ci ildən qüvvədədir. Yəni bu yeni məlumat deyil. Həmin qaydaya əsasən məcburi köçkün statusu olan şəxslərə vahid aylıq müavinət ödənilir.
İşğaldan azad edilən ərazilərə köçən keçmiş məcburi köçkünlərin müavinətlərinin davam edib-etməyəcəyinə gəldikdə isə, qeyd edilib ki, bu məsələ isə məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında qanunla tənzimlənir.
Qeyd edək ki, vahid aylıq müavinətin şamil edildiyi məcburi köçkünlərin siyahısında hər ay dürüstləşdirmə aparılır. Mövcud Qaydanın tələblərinə uyğun gəlməyən hallarda müavinət verilməsi dayandırılır.



Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar