Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Bayram günlərində 482 yanğın olub

Baxılıb: 648     Tarix: 03-07-2023 15:25   

Fövqəladə Hallar Nazirliyi vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ aradan qaldırılması işinin təşkili məqsədilə 26 İyun - Silahlı Qüvvələri Günü və Qurban bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışıb.
Qanunvehedef.az xəbər verir ki, FHN-in “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən qeyri-iş günləri ərzində ümumilikdə 482 yanğına çıxış, 57 köməksiz vəziyyətdə qalma faktı və 5 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi və insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, nazirliyin qüvvələri tərəfindən bayram günləri ərzində 11-i azyaşlı olmaqla 80 nəfər xilas edilib, 1 nəfər xəsarət alıb, yanğın zamanı 5-i azyaşlı olmaqla 16 nəfər təhlükəsiz əraziyə təxliyə edilib. Həmçinin, qəza-xilasetmə əməliyyatları zamanı 7 nəfərin meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Qanunvehedef.az




Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar