Xəbər lenti
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Naxçıvanda yeni qurumlar yaradıldı

Baxılıb: 626     Tarix: 11-07-2023 10:48   

Naxçıvan Muxtar Respublikasında yeni qurumlar yaradılıb.
Qanunvehedef.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin birinci müavini, sədrin səlahiyyətlərini icra edən Azər Zeynalov Fərman imzalayıb.
Fərmana əsasən, Naxçıvan Kənd Təsərrüfatı Laboratoriyaları Mərkəzi, “Naxçıvan Aqrar Xidmətlər Mərkəzi” publik hüquqi şəxsi, “Naxçıvan Aqrar İstehsalat, Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti, Akademik Həsən Əliyev adına “Araz” Elmi-İstehsalat Birliyinin və Toxumçuluq və Bitkilərin Mühafizə İdarəsinin bazasında Akademik Həsən Əliyev adına Naxçıvan Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutu yaradılıb.
Qurumlar Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olacaq.
Bundan başqa, “Naxçıvan Məhsulları” publik hüquqi şəxsi və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tabeliyində olan “Naxçıvan Toxumçuluq Mərkəzi” publik hüquqi şəxsi də ləğv edilərək əmlakları
Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə verilib.

Qanunvehedef.az



{sape_links}{sape_article}