Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Aİ Azərbaycandakı QHT-ləri qeyri-leqal maliyyələşdirir?

Baxılıb: 502     Tarix: 18-08-2023 15:25   

Avropa İttifaqı Azərbaycanda QHT-lərin qeyri-leqal maliyyələşlməsini həyata keçirir.
Qanunvehedef.az APA-ya istinadən xəbər verir ki, qanunvericiliyə əsasən, xarici qurumlar Azərbaycanda dövlət orqanlarına, qeyri-hökumət təşkilatlarına qrant və ianələri Ədliyyə Nazirliyinin razılığı əsasında ayıra bilər. Lakin təcrübə göstərir ki, Qərb institutları heç də qanuni prosedurlara riayət etmir və müxtəlif yollarla QHT-lərə, statusu bilinməyən təşkilat və platformalara vəsaitlər ayırır.
Avropa İttifaqı da Azərbaycan qanunlarını pozaraq QHT-lərin maliyyələşdirilməsini qeyri-leqal şəkildə həyata keçirir.
Maraqlıdır ki, son vaxtlar dövlət əleyhinə yönəlmiş bir neçə layihə məhz “iştirak evi” adlı platforma üzərindən həyata keçirilir. Araşdırmalar göstərir ki, “İştirak evi”ndə keçirilən layihələr Qərb dairələri - ABŞ səfirliyi və Avropa İttifaqı institutları tərəfindən maliyyələşdirilir.
Tədbirlərin təşkilatçıları kimi çıxış edən şəxslərin mütləq əksəriyyəti isə ultra-liberal, LGBT, feminist, “no war”çı şəxslərdir.
"İştirak evi" Vətən müharibəsinin əleyhinə çıxan "no war"çıların iddialarını, LGBT fəallarının fikirlərini ictimailəşdirməyə, onların səsini ucaltmağa çalışan platforma kimi məqsədyönlü fəaliyyət göstərir.
Avropa İttifaqının qeyri-qanuni şəkildə belə layihələri maliyyələşdirməsi təbii olaraq ciddi suallar doğurur.
Mətbuat Şurası İdarə Heyətinin üzvü, araşdırma jurnalistika ilə məşğul olan Yeganə Hacıyeva sayta açıqlamasında deyib ki, Avropa İttifaqı xüsusilə Şərq tərəfdaşlığı proqramına daxil olan ölkələr - Azərbaycan, Ukrayna, Moldova, Belarus, Gürcüstan, və Ermənistan üçün demokratiya, insan haqları və media mövzusunda inkişafa dəstək olacaq qrant layihələr elan edib: “Layihənin istiqaməti demokratiya, insan haqlarını əhatə etsə də, oraya “ictimai maraq kəsb edən mövzular” adlı bənd də əlavə olunub.
Bu bəndə əsasən, media istiqamətində ictimai maraq kəsb edən mövzular üzrə jurnalist araşdırmalarının həyata keçirilməsini maliyyələşdirmək nəzərdə tutulub.
Məhz bundan yola çıxanlar ixrac olunan dəyərlər üzərindən ictimai maraq trendləri formalaşdırmaq üçün ictimai-siyasi camiədə fikir liderlərini hərəkətə gətiriblər.
Qeyd etməliyəm ki, 2023-cü il Azərbaycan üçün istər Avropa İttifaqı, istər Avropa Şurası, istər Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi, istər çoxsaylı qrant təşkilatları, istərsə də USAID daha çox qrantları peşəkar medianın inkişafı, vətəndaş jurnalistikasının təşviqi, media ehtiyaclarının qiymətləndirilməsi və ictimai maraq kəsb edən mövzularda sosial media fəallığının artırılması ilə bağlı fəaliyyət istiqaməti üzrə müəyyənləşdirib.
Qrantların həyata keçirilməsi ilə elan edilən hədəflər isə uyğun gəlmir.
İctimai maraq kəsb edən mövzulardakı yeni trendlər isə LGBT fəallarının, “nowar”çıların fikirlərini ictimailəşdirərək, Azərbaycan internet resurslarında onların fikir formalaşmasında iştirak etmələrinə dair mənzərə yaratmaqla onlara dəstək verirlər.
Nümunə üçün qeyd edim ki, 2023-cü ildə Azərbaycanda ictimai sektor üzrə qrant layihələr təqdim edən təşkilatların siyahısında fəallıq göstərənlərdən biri də Avropa Şurasıdır.
Avropa Şurası sosial, iqtisadi, mədəni və digər istiqamətlər üzrə layihələrə ümumilikdə 4.5 milyon avro vəsait ayırıb. Lakin dediyim kimi, bunlar sadəcə bilinən donorlardır və bilinməyənlərin sayı daha çoxdur”.
Yeganə Hacıyevanın sözlərinə görə, Avropa Şurasının öz səhifəsində 4.5 milyon vəsaitin necə xərclənməsi ilə bağlı hesabatda ancaq yarım milyonun necə paylanması ilə bağlı səhih məlumat var: “Yerdə qalan maliyyənin necə paylanması ilə bağlı isə heç bir məlumat yoxdur. İlin 8 ayı artıq geridə qaldığı üçün demək ki, geridə qalan 4 milyon da paylanılıb.
Belə hallarda isə təcrübə onu göstərir ki, Qərb institutları, adətən, demokratik inkişafı hədəfləyən layihələr adı altında var olduqları ölkələrdə kənar maraqları, mədəniyyətləri, dəyərləri ixrac edirlər.
Cəmiyyətin demokratikləşdirilməsi üçün nəzərdə tutulan vəsaitlə daha çox məsuliyyət hissini itirmiş, milli dəyərlərə qənim kəsilmiş icmaları formalaşdırırlar. LGBT, radikal feminizm də bunlardandır.
Artıq bir neçə ildir ki, onları təşkilatlandırmaqla məşğuldurlar. Bu icmanın nümayəndələri erməni işğalın da legitimləşdirilməsi üçün çalışırdılar, lakin 44 günlük Vətən müharibəsindən sonra əks istiqamətdə anti-militarist cərəyanlar üzrə fəaliyyət göstərirlər.
Digər istiqamətdə isə Ermənistanın təcavüzünə qarşı Azərbaycanın legitim addımlarını gözdən salmaq, cəmiyyətdə ləkələmək, qaralamaq, cəmiyyətin monolitliyimizi sındırmaq istiqamətində işlər aparırlar”.
Yeganə Hacıyeva qeyd edib ki, istər LGBT, istərsə də radikal feminizm bu gün Azərbaycanda sosial platformalarda reklam olunurlar: “Cəmiyyətlərin demokratikləşdirilməsinə yardım adı altında ayrılmış maliyyələr işğala məruz qaldığımız halda ölkəmizdə məğlubiyyət hissini həzm etməyə yönəldilib, “nowar” hərəkatının stimullaşdırılmasına xidmət edir.
Ölkəmizdə guya korrupsiya faktlarını araşdırmaq iddiası ilə iş görənlər reallıqda özləri korrupsiyada adı keçmiş transmilli təşkilatların maraqlarını ölkəmiz daxilində ifadə edir və təzyiq göstərərək korrupsiyalaşmış şirkətlərlə əməkdaşlığa sövq etməyə çalışırlar”.
Yeganə Hacıyeva, həmçinin, bildirib ki, son illər LGBT, radikal feminizm, milli dəyərlərə qənim kəsilmiş camiənin baş vurmağa çalışdığı sahələrdən biri də mediadır: “Onlar guya Azərbaycan media sahəsində ciddi problemlər olduğunu qabardıb tirajlayaraq, onlayn, sosial, ənənəvi medianın maraqlarını özündə birləşdirmiş “Media haqqında qanun”unu gözdən salmaq istiqamətində fəaliyyət göstərirlər.
Dezinformasiyaya qarşı mübarizə aparmaq üçün qanunvericilikdə nəzərdə tutulmuş məqamları ifadə azadlığının, medianın limitlənməsi, medianın nəzarətə alınması kimi reallıqdan uzaq fikirlərlə gözdənsalma prosesi aparırdılar.
Məsələn, Avropa İttifaqı öz ərazisində dezinformasiyalarla mübarizə aparmaq üçün ümumilikdə 3 milyard avro ayırıb və xüsusi proqramlarla internet resurslarında xaricdən gələn təbliğatın neytrallaşdırılması ilə müharibə aparır. Bu konsepsiya eyni ilə Rusiyada da, ABŞ-də də var. Lakin Qərb institutları Azərbaycanda bu sahədə kiçik təşəbbüsləri belə media və ifadə azadlığına təzyiq kimi qələmə verir.
Bir sözlə, bizi məhz daxildəki Qərb maliyyəsi ilə fəaliyyət göstərən QHT, LGBT və radikal feministlər şəbəkəsi vasitəsi ilə “tərksilah” etməyə çalışırlar”.
Yeganə Hacıyeva qeyd edib ki, nəzarətdə olan qrantlarla yanaşı, nəzarətdən kənarda olan qrantlar da var ki, qeydiyyata alınan LGBT, radikal feministlərin qrantları onlarla müqayisədə çox cüzidir: “Təcrübə göstərir ki, qeydiyyata alınan qrantların həcmi bəzən 1 faiz belə olmur. Qeydiyyata alınmış qrantlarda belə vəsaitin xərclənməsi üçün nəzərdə tutulmuş istiqamətlə faktiki maliyyə sərf edilmiş istiqamət üst-üstə düşməyə bilir.
Çoxluqda isə ayrılmış maliyyənin nəzərdə tutulmuş istiqamətdən fərqli yöndə istifadə edilməsi daha çox qeydiyyata alınmamış qrantlarda rast gəlinir.
2014-cü ildən sonra Ədliyyə Nazirliyində bəlli bir pəncərə açılıb və qeydiyyata almalar aparılır. Lakin qeydiyyata alınmayan və qeydiyyata alınmış layihələr görüntüsü ilə də çox sayda fərqli layihələr həyata keçirilir”.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar