Xəbər lenti
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

DİN-dən övladlığa verilən qızın qaçırılması iddiası ilə bağlı açıqlama

Baxılıb: 681     Tarix: 04-09-2023 13:56   

Lənkəranda övladlığa verilən qızın qaçırılması barədə məlumatlar yayılıb.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında bildirib.
O qeyd edib ki, illər əvvəl rəsmi qaydada övladlığa verilən və hazırda 15 yaşı olan qız məxfiliyin pozulması nəticəsində bioloji anası və qohumları tərəfindən qaçırılıb: “Qıza nə ediblərsə, o, rəsmi ananın yanına qayıtmaq istəmir. Uşaq övladlığa götürən ailənin ad, soyadında... Qonşular uşağın məcburən saxlandığını iddia edirlər. Məxfiliyin pozulması cinayət tərkibi yaradır. Uşağın qaçırılması da cinayət tərkibi yaradır. Uşağın başına nə gələcəyi min bir fikir yaradır. Rəsmi ailə yalvarır. Uşaq təzyiq altında “getmirəm” deyir. Lənkəranda illər əvvəl notarial qaydada uşaqdan imtina yazılıb. Övladlığa verilmə prosesi məhkəmə yolu ilə həyata keçirilib. Gözəl bir ailə formalaşıb. İndi isə məxfilik pozulub və uşaq qaçırılıb”.
DİN-in Mətbuat xidmətindən saytımıza bildirilib ki, polis məsələ ilə bağlı araşdırma aparır.

Qanunvehedef.az



{sape_links}{sape_article}