Xəbər lenti
04/09/2026 [14:38]
Sabah yağış yağacaq
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Hikmət Abbasovun yerinə polkovnik təyin edildi

Baxılıb: 669     Tarix: 04-09-2023 16:21   

Fövqəladə Hallar Nazirliyində (FHN) yeni təyinat olub.
Qanunvehedef.az xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti rəisinin birinci müavini-qərargah rəisi polkovnik Asif Məmmədli tutduğu vəzifəsindən azad edilib.
Digər əmrlə o, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi təyin edilib. Asif Məmmədli daha əvvəl FHN-in Gəncə Regional Mərkəzinin rəisi vəzifəsində də çalışıb.
Xatırladaq ki, bir müddət əvvəl Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, daxili xidmət general-mayoru Hikmət Abbasov vəzifəsindən azad edilib.
Qeyd edək ki, təyinatla bağlı ilk xəbəri manset.az saytı yayıb.



Qanunvehedef.az



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar