Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

DYP-dən yeni tədris ili ilə bağlı müraciət

Baxılıb: 575     Tarix: 12-09-2023 10:35   

Baş Dövlət Yol Polisi İdarəsi yeni tədris ilinin başlanması ilə əlaqədar vətəndaşlara müraciət edib.
Qurumdan verilən məlumata görə, Daxili İşlər Nazirliyinin müvafiq göstərişinə əsasən nəzarət-profilaktik tədbirlərin daha da gücləndirilməsi məqsədilə, cari ilin sentyabr ayının 10-dan oktyabr ayının 10-dək respublika ərazisində “Diqqət, uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi aylığının keçirilməsinə başlanılıb.
Tədbir çərçivəsində təhsilalanların iştirakı ilə baş verə biləcək yol qəzalarının qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlərin gücləndirilməsi, onların hərəkət marşrutlarında, eləcə də təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə yol şəraitinin müayinə edilməsi, mövcud yol nişanlarının, nişanlama xətlərinin yenilənməsi, yeni nizamlama vasitələrinin tətbiq edilməsi, bununla yanaşı uşaq və yeniyetmələr arasında maarifləndirmə və tərbiyəvi-təbliğat xarakterli tədbirlərin gücləndirilməsi və bu sahədə media subyektlərinin, qeyri-hökumət təşkilatlarının imkanlarından geniş istifadə olunması nəzərdə tutulur.
Baş Dövlət Yol Polisi İdarəsi yeni tədris ilinin başlaması ilə əlaqədar yollarda uşaq travmatizminin minimuma endirilməsi istiqamətində hər birimizi ictimai iştirakçılığa və yol hərəkəti qaydalarına riayət etməkdə azyaşlılara şəxsi nümunə olmağa çağırır.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar