Xəbər lenti
21/04/2025 [12:10]
Roma Papası öldü
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

“Ərzaqdolu maşın Xankəndiyə çatıb, yüklər boşaldılır”

Baxılıb: 596     Tarix: 12-09-2023 12:09   

“Bu gün saat 7 radələrində Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının blok postundan Rusiya Qızıl Xaç Cəmiyyətinin ərzaqdolu humanitar yükü keçdi. Artıq ərzaqdolu yük avtomobili Xankəndiyə çatıb. Hazırda yük müvafiq anbara boşaldılır”.
Qanunvehedef.az xəbər verir ki, bunu Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş katibi Ceyhun Mirzəyev AZƏRTAC-a açıqlamasında deyib.
O bildirib ki, Rusiya Qızıl Xaç Cəmiyyətinin əməkdaşları döndükdən sonra onlarla ətraflı söhbət etmək imkanı olacaq və bu barədə ətraflı məlumat veriləcək.
“Bizim yüklərimiz hələlik buradadır. Növbəti humanitar yardımlara gəlincə, əvvəllər də qeyd etmişdik ki, biz yerli şəraiti bilmirik, erməniəsilli sakinlərin nələrə ehtiyaclarının olduğu haqda məlumatımız yoxdur. Yəni bu barədə müvafiq qiymətləndirmədən sonra planlama aparılır və biz cəmiyyət olaraq işimizi həmin planlanmaya uyğun qura bilirik. Öncə ehtiyaclar müəyyənləşdirilməlidir. Ehtiyaclar müəyyənləşəndən sonra həmin istiqamətlərə uyğun addım atılmalıdır”, - deyə Ceyhun Mirzəyev bildirib.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar