Xəbər lenti
Arxiv
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Azərbaycan-Türkiyə hərbi təlimi türk mediasında

Baxılıb: 424     Tarix: 31-07-2020 08:07   

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq hər iki dövlətin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə ölkəmizdə keçirilən genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri Türkiyənin aparıcı kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılır.
Qanunvehedef.az xəbər verir ki, türkdilli tamaşaçılar və oxucular üçün yayımlanan məlumatlarda Türkiyə Silahlı Qüvvələrinin təlimlərdə iştirak edən birliklərinin Azərbaycanda böyük təntənə ilə qarşılandığı qeyd olunub. Həmçinin hərbi birləşmələrin qarşılanma mərasimi və təlimlərin gedişi ilə bağlı geniş videomateriallar və fotolar yayılır. İki qardaş ölkə arasındakı hərbi müttəfiqlik tanınmış ekspertlər tərəfindən də şərh edilməkdədir.
Sözügedən məlumatlar Anadolu Agentliyi, TRT HABER, A HABER, TRT AVAZ, HABER TÜRK, CNN TÜRK, BENGÜ TÜRK televiziya kanalları, “Təqvim”, “Yaşil İğdır”, “15 Temmuz”, “Milliyət”, “Sözçü” qəzetləri, o cümlədən əyalətlərdə fəaliyyət göstərən onlarla mətbuat orqanı tərəfindən davamlı olaraq yenilənir.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar