Xəbər lenti
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Daha parlamentdə bu qeydi səsləndirməyəcəm - Seyidov

Baxılıb: 926     Tarix: 13-11-2020 12:54   

İllər boyu parlamentə beynəlxalq sazişləri təqdim edərkən onun sonuncu səhifəsini ürək ağrısı ilə xatırladırdım. Çünki sonuncu səhifədə Dağlıq Qarabağın və 7 rayonun qeyd-şərtsiz Azərbaycan ərazisi olduğu qeyd edilirdi. Mən bundan sonra beynəlxalq sazişləri təqdim edərkən daha sonuncu səhifədə bu qeydi səsləndirməyəcəm.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri Milli Məclisdə çıxışı zamanı parlamentin komitə sədri Səməd Seyidov deyib.
O bildirib ki, artıq Azərbaycanın ərazi bütövlüyü tam təmin edilib:
“Bu qələbə Azərbaycan liderini dünya liderlərinin ən yüksək cərgədə olan siyahısına daxil edir. Bu qələbə dünya tarixində qalib gələn xalqların və dövlətlərin cərgəsinə Azərbaycanın da adını yazır. Mən sözümü yekunlaşdırdım, amma bu qələbə illərlə danışılacaq”.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar