Xəbər lenti
28/07/2026 [12:55]
Sabah 40° isti olacaq
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

ABŞ-dan 210 Azərbaycan vətəndaşı təxliyə edildi

Baxılıb: 731     Tarix: 11-06-2020 09:05   

ABŞ-dan Azərbaycana ilk çarter uçuşu reallaşıb.
Qanunvehedef.az Report-a istinadən xəbər verir ki, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə görülən tədbirlər çərçivəsində “Azərbaycan Hava Yolları” (AZAL) vasitəsilə həyata keçirilən uçuş iyunun 10-da ABŞ vaxtı ilə saat 12:00-da Nyu York şəhərinin Kennedi (JFK) Hava Limanından baş tutub.
Uçuşda Vaşinqtonda, Los-Ancelesdə, Floridada, Fladelfiyada, Nyu-Yorkda və ABŞ-ın digər şəhər və ştatlarında təhsil alan, yaşayan həmvətənlərimizin təxliyəsi baş tutub.
210 həmvətənimizin təxliyəsinin reallaşdığı çarter uçuşu Azərbaycanın Vaşinqtondakı Səfirliyinin təşkilatçılığı ilə həyata keçirilib.
Azərbaycanın ABŞ-dakı səfirliyinin konsulu Emil Muradzadə açıqlamasında bildirib ki, təxliyə olanan vətəndaşlar arasında daha çox tələbələr, yaşlı insanlar və maddi çətinliklərlə üzləşən vətəndaşlarımız üstünlük təşkil edir:
“Bu gün ilk dəfə olaraq ABŞ-da yaşayan vətəndaşlarımızın təxliyə uçuşu həyata keçirildi. Bu uçuşla ölkəmizə 210 nəfər vətəndaşı yola saldıq. Həmvətənlərimizin ən qısa zamanda ölkəmizə sağ-salamat çatmasını diləyirik”.
Konsul yaxın tarixlərdə növbəti çarter uçuşlarının da olacağını deyib:
“Növbəti çarter uçuşları ilə bağlı işlər görüləcək və bunun üçün yeni siyahılar tərtib olunacaq. ABŞ-da yaşayan bütün vətəndaşlarımıza xatırlatmaq istərdim ki, səfirlikdə müvafiq qaydada qeydiyyatdan keçsinlər. Bu zəruridir, çünki yaxın gələcəkdə təşkil olunan reyslər vətəndaşlarımızın müraciətləri sayəsində dəqiqləşəcək”.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar