Xəbər lenti
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

ŞİRVANIN GÖZÜAÇIQ XƏLİFƏSİ

Baxılıb: 2 282     Tarix: 03-08-2020 13:04   

Şirvan şəhərinin əhli-müsəlmanlarının Qurban bayramı mübarək! Şirvan şəhər sakini İbrahimov Orxan Əhmədağa oğlunu isə ikiqat təbrik edirik, həm də Şirvan İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsini ələ keçirə bildiyinə görə. Deyilənə görə, Orxan bəy artıq virtual olaraq başçının sabiq birinci müavini rəhmətlik Samit Abıyevin boş qalmış kreslosunda oturub və onun ruhuna oxunan rəhmət nidalarını necə artırmağı düşünür. Sadəcə, koronavirusa yoluxmamaq üçün hələlik birinci müavinin kabinetinə keçməyə, o kürsüdə yayxanacağı pozada şəkil çəkdirib paylaşmağa tələsmir.  
Təvazökar olmayın, çox hörmətli Orxan bəy, gizlədə bilməzsiniz bu arzunuzun həyata keçdiyini. Burda gizli saxlanılası nə var ki? Hamı birmənalı alqışlayacaq bu təyinatınızı. Şirvanllar qədirbilən, minnətdarlıq etməyi bacaran adamlardır, “Aqrolizinq”in kənd təsərrüfatı texnikasını onlara satdığınız zaman etdiyiniz “güzəştləri” yaxşı xatırlayırlar. Cidanı çuvalda gizlətmək olmaz. Həm də axı, Şirvan atalar sözüdür: “Yerin də qulağı var”. Operativ Qərargahın gözündən uzaq təşkil etdiyiniz məhrəm məclislərdə “quşlamısınız” ki: “Başçı İlqar müəllim kimdi ki? Mən Bakıda, onun başı üzərindən işimi həll eləmişəm. Şirvanda ən çox mal-mülk, sərvət-səltənət mənim atama məxsusdu. Odur ki, birincilik də məni haqqımdı, hər mənada. Atalar deyib, öz atam da təsdiqləyib: “Eşşəyə min, ata çatınca”. Pulum var?
– Var,var! Çox keçməz, başçı da özüm olaram. İcra Hakimiyyəti də olar İbrahimovların çoxsaylı obyektlərindən biri və birincisi”.
Sayğı-dəyər Orxan bəy, atalar sözü ilə oturub-durmağınız yaxşıdır. Amma unutmayın ki, zamanla bəzən zərb-məsəllər dəyərini itirir. Necə ki, İraqın sabiq prezidenti Səddam Hüseyn edam olunandan sonra “Burda mənəm, Bağdadda kor xəlifə” ibarəsi qüvvədən düşdüyü kimi. Elə-belə xatırladırıq, məsələn yəni...  

Nə sözünüz-qulluğunuz, bu yazıda təsvir olunan xəyallarıızın reallığa nə dərəcədə yaxın olduğunu təkzib və ya təsdiq etmək fikriniz varsa, mövqeyinizi bildirə bilərsiniz.
 
Xeyale Tahirqızıшаблоны для dle 11.2