Xəbər lenti
12/09/2026 [12:31]
Sabah hava necə olacaq?
11/09/2026 [16:15]
Baş nazir iclas keçirdi
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Xaçmaza sərnişin aparan sürücü və 27 sərnişin saxlanıldı

Baxılıb: 797     Tarix: 11-08-2020 11:37   

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə karantin qaydalarını pozaraq, Siyəzən rayonundan Xaçmaz rayonuna sərnişin daşımağa cəhd edən sürücü saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Qanunvehedef.az-a verilən məlumata görə, bu qanunsuz fəaliyyətlə məşğul olan Siyəzən rayon sakini Mübariz Məhərrəmov idarə etdiyi “Mersedes” markalı mikroavtobusla sərnişinləri Xaçmaz rayonuna aparmaq istəyən zaman rayonun girişində polis əməkdaşları tərəfindən saxlanılıb.
Yoxlanış zamanı M.Məhərrəmovun icazəsi olmayan 27 sərnişini Xaçmaz rayonuna apardığı məlum olub.
Sürücü M.Məhərrəmov və 27 sərnişinlər barəsində İXM-nin 211.1-ci maddəsi ilə protokol tərtib edilərək, cərimə olunublar.



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar