Təzəxan Məmmədov-Məqsədimiz Badamdar qəsəbəsinin problemlərini yerindəcə həll etməkdir
Baxılıb: 1 478 Tarix: 14-08-2020 08:10
-Yaxşıya yaxşı demək vicdan borcudur. İstər vəzifə sahibi olsun, istərsədə sıravi, sadə vətəndaş. Mən bu gün bu iki vəhtədi özündə birləşdirən bir azərbaycanlıdan söhbət açacam. O azərbaycanlı ki, ömrünü sadiqliyə və zəhmətə kökləyib, bütün çətinliklərdən, dedi-qodudan üzü ağ çıxıb, evində mükəmməl bir ata, işində yorulmaz rəhbər, nümunəvi bələdiyyə sədridir.Bu şəxs kimdir? Bu şəxs, hər kəsin dostu sadə azərbaycanlı Badamdar bələdiyyəsinin sədri Təzəxan Məmmədovdur. Bu insanı hər kəs tanıyır. Hər kəs onuda bilir ki, maddi-mənəvi problemləri ilə qəbuluna gələn vətəndaşlara yardımçı olmağı özünə borc bilən bir vəzifə sahibidir Təzəxan müəllim. Qurban,
-Ramazan və Novruz bayramlarında Badamdar Bələdiyyəsinin imkanları hesabına qəsəbədə məskunlaşmış köçkün, şəhid ailələri, Qarabağ əlilləri, kimsəsiz və imkansız ailələrə ərzaq payı paylanmışdır.Badamdar bələdiyyəsi öz fəaliyyətində qanunvericiliyə əməl etməklə, sosial problemlərin həll edilməsi üçün bütün imkanlarından istifadə edəcək və qarşıdakı müddət də işgüzarlığını saxlamaqla, əhali arasında çevik qurum kimi fəaliyyətini davam etdirmək əzmindədir. Bələdiyyəmiz Müstəqil Azərbaycan Respublikasının yerli özünüidarə qurumunun gələcəyinə ümidlə baxır və bu inkişafda öz payı olacağına da inanır. Badamdar bələdiyyəsinin sədri Təzəxan Məmmədovun adı, respublika ictimaiyyətinə bəlli bir addır. Xoşbəxt o şəxsdir ki, onu geniş ictimai auditoriya daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gəlmək bacarığına, xeyirxah əməllərinə, ziyalılığına, yaradıcılıq qabiliyyətinin göstəricilərinə və.s-yə görə tanıyıb hüsnü-rəğbət bəsləsiyirlər.
-Təzəxan Məmmədov vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən bir şəxsiyyətdir. Təzəxan Məmmədov ani və düzgün qərar qəbul edən nadir insanlardandı! Prezident İlham Əliyevdən nümunə götürən Təzəxan Məmmədovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!
Aynurə Məmmədli
Ən çox oxunanlar
Son xəbərlər