Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Rüşvətlə tutulan başçının rüşvətə qarşı çıxışı - Video

Baxılıb: 836     Tarix: 21-08-2020 09:46   

Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Kürdəmir Rayon İcra Hakimiyyətində əməliyyatı nəticəsində həbs edilən icra başçısı Ceyhun Cəfərov bu yaxınlarda yerli məmurlardan ədalətli, vicdanlı olmağı tələb edirmiş.
Qanunvehedef.az Azpolitika.az-a istinadən xəbər verir ki, keçmiş icra başçısı mayın 2-də işçiləri ilə keçirdiyi onlayn müşavirədə onları cinayətə yol verməməyə, qanunları rəhbər tutmağa səsləyib.
Yutuba yerləşdirilən videodan görünür ki, toplantı Dövlət Təhlükəsizliyi Xidmətinin Biləsuvar İcra Hakimiyyətindəki əməliyyatından bir neçə gün sonra baş tutub. C.Cəfərov yerli məmurları dövlət tərəfindən, eyni zamanda Heydər Əliyev Fondu və imkanlı şəxslərin aztəminatlı vətəndaşlara göndərdikləri yardıma göz dikməməyə çağırıb.
“Belə şəxslər – icra başçısından tutmuş yerli məmurlara, digər şəxslərə qədər, ən ağır cəzaya məhkum olunmalıdırlar”, - keçmiş icra başçısı çıxışında deyib.
Xatırladaq ki, avqustun 19-da Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Kürdəmir rayon İcra Hakimiyyətində əməliyyat keçirib. Nəticədə Kürdəmirin icra başçısı Ceyhun Cəfərov, icra başçısının birinci müavini Tacəddin Novruzov və şöbə müdiri Natiq Kərimov barəsində həbs qətimkan tədbiri seçilib. C.Cəfərov istintaqa ifadəsində yol verdiyi korrupsiya cinayətlərini etiraf edib.





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar