Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Avtobuslarda gediş haqqı artırılır? – Açıqlama

Baxılıb: 815     Tarix: 03-09-2020 11:11   

Avtobuslarda gediş haqqının artırılacağı ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil və əsassızdır.
Bunu Qanunvehedef.az-a avtobusların qiymətinin 50 qəpik olacağı ilə bağlı proqnozuna cavab olaraq BNA-nın mətbuat katibi Mais Ağayev deyib. O bildirib ki, bu məsələlərə Tarif Şurası baxır:
“Bakı şəhərində müntəzəm sərnişindaşıma sahəsində dövlət nəzarətini həyata keçirən qurum olaraq, Bakı Nəqliyyat Agentliyi tərəfindən qeyd edilən məsələ ilə bağlı Tarif Şurasına müraciət edilməyib və bu məsələ hazırda gündəmdə deyil.
Bu gün gündəmdə duran əsas məsələ əhaliyə göstərilən ictimai nəqliyyat xidmətlərinin keyfiyyətini artırmaq, rahat və təhlükəsiz sərnişindaşımaların təşkilinə nail olmaqdır”.
Qeyd edək ki, iqtisadçı Qubad İbadoğlu taksilərlə bağlı BNA-nın konsepsiyasının avtobusların qiymətinə də təsir edəcəyi, metro və avtobusların qiymətinin 50 qəpik olacağı ilə bağlı proqnoz verib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar