Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Eyvazovdan yeni təyinatlar

Baxılıb: 729     Tarix: 17-09-2020 12:20   

Daxili İşlər Nazirliyinin (DİN) Əlahiddə Çevik Polis Alayında yeni kadr dəyişiklikləri olub.
Qanunvehedef.az Mediapost.az-a istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, genral-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis polkovnik-leytenantı Azər Seyidov Əlahiddə Çevik Polis Alayının Yasamal rayon 6-cı Bölüyünün Komandiri vəzifəsinə təyin edilib.
Polis polkovnik-leytenantı Məmməd Əliyev sözügedən bölüyün komandiri vəzifəsindən azad olunaraq, Nərimanov rayon 1-ci Patrul Xidmətinin Komandiri təyin olunub.
Qeyd edək ki, polis polkovnik-leytenantı Azər Seyidov bundan əvvəl Nərimanov rayon 1-ci Patrul Xidmətinin Komandiri olub.
Nazirin daha bir əmri ilə polis mayoru Tural Əhmədov Goranboy rayon Polis Şöbəsinin Cinayət Axtarış bölməsinin rəisi vəzifəsinə təyin edilib.
O, bu təyinata qədər həmin şöbədə narkotiklərlə mübarizə bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində çalışıb.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar