Dünənki statistika: əyani təhsil ləğv edilir? – Nazirlik
Baxılıb: 486 Tarix: 22-09-2020 12:30
Ötən gün paylaşılan həftəlik statistikadan sonra əyani tədrisin dayandırılması gündəmdə deyil.
Bunu Qanunvehedef.az-a açıqlamasında Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov deyib. O bildirib ki, tədris ili başlayandan şagirdlər arasında qeydə alınan yoluxma faktı yalnız məktəb şəraitində baş verməyib:
“121 nəfərin koronavirusa yoluxması katastrofik rəqəm deyil. Sadəcə olaraq, 1 həftə ərzində ümumi nəticələrlə bağlı açıqlama yaydıq. Hər həftə biz şagird və təhsil işçiləri arasında qeydə alınan yoluxma statistikasını paylaşacağıq. Ötən gün paylaşılan statistikada bir məqam var ki, qeydə alınan yoluxma faktının əksəriyyəti yuxarı siniflər arasında olub. Onların da dərsləri hələ heç əyani şəkildə başlamayıb. Yəni bu statistika ancaq məktəb şəraitində baş verən yoluxma halını göstərmir. Biz diqqətli olmalı və qaydalara riayət etməliyik ki, yoluxmayaq”.
Qeyd edək ki, ötən gün nazirlik dərs ili başlayandan sentyabrın 21-dək 95 şagird və 26 işçi heyəti olmaqla, 121 nəfərdə koronavirus aşkarlanması, həmçinin Quba rayonu Qamqam kənd orta məktəbində 8 müəllimin virusa yoluxması nəticəsində məktəbdə tədrisin distant formaya keçirilməsi barədə məlumat yayıb.

Ən çox oxunanlar
Son xəbərlər