Xəbər lenti
12/09/2026 [12:31]
Sabah hava necə olacaq?
11/09/2026 [16:15]
Baş nazir iclas keçirdi
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Ali məktəblərə qeydiyyat başladı

Baxılıb: 541     Tarix: 25-09-2020 10:24   

2020-2021-ci tədris ili üçün ali məktəblərə qəbul olan abituriyentlərin daxil olduqları təhsil müəssisəsinə qeydiyyatı başlayıb.

Qanunvehedef.az xəbər verir ki, tələbə adı qazananlar sentyabrın 25-dən oktyabrın 7-dək sənədlərini ali məktəblərə təqdim etməlidirlər.

Qeydiyyat onlayn qaydada həyata keçirilir. Abituriyentlər ali təhsil müəssisələrinin internet saytlarının müvafiq bölmələrinə daxil olmaqla, qeydiyyat üçün tələb olunan sənədlər və onlayn qeydiyyat forması ilə tanış ola bilərlər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

Qeyd edək ki, ali təhsil müəssisələrinin müsabiqəsində 66464 nəfər iştirak edib. Onlardan 42731 nəfəri (o cümlədən 5785 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 20799 (o cümlədən 779 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 21932 (o cümlədən 5006 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar