Xəbər lenti
03/05/2026 [13:32]
Sabah hava necə olacaq?
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Xoyskinin nəvəsi: "Qarabağ azad olunacaq və babalarımın ruhu azadlığa qovuşacaq"

Baxılıb: 613     Tarix: 30-09-2020 09:52   

"Azərbaycana dualarımı göndərirəm. İnanıram ki, nəhayət, Dağlıq Qarabağ və onun ətrafında yerləşən rayonlar işğaldan azad olunacaq və babalarımın ruhu azadlığa qovuşacaq".
Bunu "Report"un Türkiyə bürosuna açıqlamasında Fətəli xan Xoyskinin qardaşı, general Hüseynqulu xan Xoyskinin nəvəsi 90 yaşlı Leyla xan Xoyski deyib.
"Səhərdən axşamadək televiziya kanallarını izləyirəm. Türk kanalları Azərbaycandan geniş xəbərlər verirlər. Bəzən Azərbaycan televiziyalarından da xəbər alıram. Elə gözəl, sırayla məlumat verirlər ki, çox sevinirəm. Qulağım bir qədər zəif eşidir, ona görə də televizora yaxın otururam. Onlara deyirəm ki, hər şey yaxşı olacaq, heç narahat olmasınlar. Azərbaycan oğulları ilə fəxr edirəm və Azərbaycan əsgəri üçün bütün günü dua edirəm. Artıq torpaqlarımızın bir hissəsi geri alınıb. Azərbaycan əsgərləri dayanmadan irəli getsinlər. Hiss edirəm ki, nəhayət, Qarabağa getməyə hazırlaşa bilərik. Allah bütün şəhidlərimizə rəhmət etsin, onların qanı yerdə qalmayacaq", - Leyla xan Xoyski bildirib.
Qeyd edək ki, Leyla xan Xoyski Türkiyədə yaşayır.

Qanunvehedef.az



{sape_links}{sape_article}