Qarabağdakı ermənilər bu cür atılır...
Baxılıb: 554 Tarix: 06-10-2020 08:06
Azərbaycanın Vətən müharibəsi apardığı günlərdə sülh danışıqları ilə bağlı fikirlər də Bakı və İrəvanda elitar cəmiyyət nümayəndələri arasında müzakirə olunur. Azərbaycan cəmiyyətinin bölgəyə sülh gəlməsi ilə bağlı fikri yekdildir: Ermənistan ordusu əzəli dədə-baba torpaqlarımızdan rədd olsun.
Ermənistan cəmiyyətində isə birmənalı fikir yoxdur. İrəvanda siyasi elitanı təmsil edən bir çox oyunbazlar indi “3 xal”a oynayır. Yəni Paşinyanın uduzmasına. “Qarabağ kartı”nı sıxanlar bir də ayılacaqlar ki, “İrəvanda xal da qalmayıb”, xalq da...
Başlayaq elə Nikol Paşinyandan, sonuncu müsahibəsində etiraf etdi ki, işğal altındakı Dağlıq Qarabağ və ətraf rayonlar beynəlxalq sənədlərə əsasən Azərbaycanın suveren ərazisidir. Başqa şeylər də deyib, amma bizə bu lazımdır.
Vahid Ermənistan blokunun keçmiş həmsədri Ahoran Adibekyan isə söylədi ki, Qarabağ məsələsində ermənilər sərt mövqe sərgilədikcə mövcud beynəlxalq müstəvidə tanınan sərhədləri də təhlükə altına düşə bilər. Adibekyan ağıllı adamdır. Regionu da gözəl bilir. O və tərəfdarları anlayır ki, Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycana geri qaytarılmadığı müddətdə İrəvan qismən müstəqilliyini də itirə bilər.
“Voskanapart” könüllüləri isə bu məsələdə daha çox “sərtlik” nümayiş etdirirlər. Hələ ki... Onlar deyirlər ki, müharibəyə hamı getməlidir. Sosial şəbəkənin Ermənistan seqmentində Varujan adlı bir erməninin “Voskanapart”çılara ünvanlanan bir sualı diqqətimi çəkdi: Bəs siz niyə 1992-ci ildən fərqli olaraq könüllü batalyon yaratmadınız, nəyi gözləyirsiniz?
Bu sualın cavabını özüm vermək istəyirəm. “Voskanapart”çıların yaratdığı “Arabo” batalyonunu o zaman bizim Gəncə batalyonu Ağdərə istiqamətində silib-süpürmüşdü. Hamısı məhv olmuşdu... 124 “Arabo” üzvünü gəncəli Mehmanın dəstəsi 2 saatlıq döyüşdən sonra arx xəndəklərinə gömmüşdü.
Görünür, gerçək döyüşlərdən ağzı yanmış “Voskanapart”çılar dillərinə və klaviaturlarına oynayan barmaqlarına üstünlük verməyi daha məqsədəuyğun hesab edirlər.
Gələk “Qarabağ klanı”na. Bu savaşda yenilgini ən çox onlar istəyir. Ermənistan iqtidarının sonunu gətirən bir müharibə kimi baş verənləri qiymətləndirməyə də başlayıblar.
Köçəryan-Sərkisyan cütlüyünün “pərəstişkarları” hesab edir ki, “bir ovuc torpaq” itkisi ilə heç nə olmaz, əsas odur ki, özünü Monte Melkonyana bənzədərək saqqal saxlayıb Qarabağ ermənilərinin rəğbətini qazanmağa çalışan Nikol Paşinyanı qovsunlar.
Ermənistandakı iri sahibkarlar da bu savaşdan kənarda durmağa çalışırlar. Çünki pandemiya onları əməlli-başlı silkələyib.
Dünyadakı ən zəngin altı erməninin heç biri son baş verən hadisələrə münasibət bildirmək istəmir. Üstəlik, Sergey Qalitskin kimi rusiyalı erməni əslli milyarderlər də müəyyən erməni təşkilatlarının ianə təklifini geri çevirib.
Müəyyən qədər liberal baxışlara sahib olan Samvel Karapetyan isə əvvəlki səhvlərini təkrarlamaq istəmir. Birinci Qarabağ savaşından sonra İrəvana yatırımlar edən Karapetyanın mülklərinə Köçəryan əl qoymuşdu. Paşinyanın yürütdüyü siyasəti bəyənmədiyini bir müsahibəsində söyləmişdi. Bir sözlə, erməni milyarder də Dağlıq Qarabağda Azərbaycan Ordusuna qarşı döyüşən tör-töküntülərə sahib çıxmaq fikrində deyil.
“Tanrı da erməni ola bilər” – deyən Zori Balayan isə Avstraliyadan Ermənistana gəlmək istəmir. Çünki o, Şuşaya şiş üstündə kabab yeməyə gəlirdi. İndi isə Şuşa əvvəlki deyil, kabab yoxdur, şiş var...
Onların hamısı işğal olunmuş ərazilərimizdəki tör-töküntü terrorçuları tək qoydular. İndi kababı Azərbaycan Ordusu çəkir, hələ ki, Cəbrayılda, Suqovuşanda, Talışda...
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər