Xəbər lenti
30/06/2025 [12:45]
POEZİYA - Mehri Seferli
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Monteneqroda erməni taxribatı ilə bağlı veriliş yayımlandı

Baxılıb: 472     Tarix: 06-10-2020 08:17   

Azərbaycan Respublikasının Monteneqrodakı diplomatik nümayəndəliyinin müşaviri Mahir Cəfərov bu ölkənin RTCG 1 dövlət telekanalında “Sabahınız xeyir, Monteneqro” adlı proqramın canlı yayımında iştirak edərək, Ermənistan-Azərbaycan münaqişəsinə dair son vəziyyətlə bağlı müsahibə verib.
Qanunvehedef.az xəbər verir ki, müsahibədə münaqişənin tarixi və Azərbaycan ərazisinin təqribən 20 faizinin 30 ildən artıqdır ki, Ermənistanın işğalı altında qalması, Ermənistanın yeni rəhbərliyinin təhrikedici bəyanatları və fəaliyyəti, bölgədə yaranmış yeni gərginliyin səbəbləri, Azərbaycan tərəfinin dünya ictimaiyyətindən gözləntiləri və yaranmış vəziyyətdən çıxışı şərtləndirən amillər haqqında geniş məlumat verilib.
Xalqın Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan ordusuna inam və dəstəyinin böyük olduğunun vurğulandığı müsahibədə Azərbaycan torpaqlarının işğaldan tam azad ediləcəyi günün uzaqda olmadığı bildirilib.
Müsahibə zamanı Azərbaycan Ordusunun rəşadəti və gücü haqqında, həmçinin hərbi səfərbərlik məntəqələrində yaşanan coşqunu əks etdirən videomateriallar və şəkillərlə yanaşı, erməni terrorçuları tərəfindən ölkəmizin müxtəlif bölgələrində yaşayış məskənlərimizin raket hücumlarına məruz qalması nəticəsində dağıntılar da televiziya tamaşaçılarının diqqətinə təqdim edilib.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar