Xəbər lenti
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Zeynəb Ağayeva - Müəllimlik peşəsi müqəddəs bir peşədir.

Baxılıb: 946     Tarix: 06-10-2020 09:38   
 
  Müstəqillik yollarında atdığımız uğurlu addımlar, ölkədə gedən iqtisadi inkişaf, yürüdülən müdrik daxili və xarici siyasət, siyasi sabitlik ölkəmizin dünya arenasında imicini artırmış daha da şöhrətləndirmişdir. Bu uğurların qazanılmasında müəllimlərin də xüsusi rolu vardır. Azərbacan müəllimləri də Müstəqil Azərbaycanımızın parlaq sabahı olan gənc qurucularının ulu öndər Heydər Əliyev ideyaları ruhunda tərbiyə olunmasında, soykökünə, milli zəminə, mənəvi dəyərlərə bağlılıq ruhunda böyümələrində öz sözlərini deyir, üzərlərinə düşən məsuliyyətin və şərəfli vəzifələrinin öhdəsindən layiqincə gəlir, sabaha daha inamla baxırlar. Bu inamı yaradan qədəm qoyduğumuz informasiya cəmiyyəti, elmə, biliyə əsaslanan yeni tipli iqtisadiyyatın formalaşması, qloballaşma çağırışları, təhsilimizin parlaq sabahından xəbər verən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” dır. Xətai rayonunun müəllimləri adından ölkəmizin bütün müəllim heyətini peşə bayramları-5 Oktyabr Beynəlxalq Müəllim Günü münasibətilə səmimi qəlbdən təbrik edir, gənc nəslin şəxsiyyət kimi formalaşdırılması işində uğurlar, daha böyük nailiyyətlər, şəxsi həyatlarında səadət, xoşbəxtlik arzu edirik. Elmli, savadlı, intellektual səviyyəsi yüksək olan, vətənpərvər gənclərin yetişdirilməsində yüksək peşəkarlıq göstərən Azərbaycan müəlliminə eşq olsun!

Zeynəb Ağayeva 261 №-Lİ MƏKTƏB-LİSEYİN MÜƏLLİMİшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
buy yes2win seo ranking
Redaktor seçimi
Çox oxunanlar