Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Rüxsarə Ələkbərova-Şərəfli və müqəddəs işinizdə sizə uğurlar arzulayıram. Bayramınız mübarək əziz müəllimlər! Günəş ömürlü müəllimlər,

Baxılıb: 953     Tarix: 06-10-2020 10:22   
 

Müəllim! Nə sadə, nə şirin kəlam!
Ömrü ömürlərdə yaşayan şərəfli insan.
Nə qədər əzizdir, nə qədər doğma

O zəka nuruna bürünən sima.

Bəzən insan ömrünü ömrünə calayan müəllim ömrünü günəşə bənzədirlər.
Günəş öz zərrin şəfəqlərini güllərə, çiçəklərə içirdiyi kimi müəllim də zəkasının ziyasını qətrə-qətrə insanların zehninə, qəlbinə köçürür. 

Deyirlər, hər kəsin taleyində müəllimlik yeri var. 

Bu, həqiqən belədir. Ona əlindən tutub əlifbanın ilk hərfini,”ANA” kəlməsini yazmağı öyrədən müəllimini kim xatırlamır? 

Ümumilli lider Heydər Əliyev həmişə müəllim əməyini yüksək qiymətləndirmiş, müəllim haqqında xoş sözlər demişdir. “ Mən yer üzündə müəllimdən yüksək ad tanımıram” kəlamı Heydər Əliyevin təhsilə göstərdiyi yüksək diqqət və qayğıdan danışır. Hər il olduğu kimi, Beynəlxalq Müəllimlər Günü ərəfəsində Respublikamızın bir qrup müəllimi Təhsil Nazirliyi tərəfindən fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunurlar. Müəllimlik peşəsi müqəddəs bir peşədir.

Rüxsarə Ələkbərova
“İlin müəllimi”, “İlin ən yaxşı kabineti” müsabiqələrinin qalibi, Ali kateqoriyalı müəllim




Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar