Xəbər lenti
12/06/2026 [13:47]
Sabah 35° isti olacaq
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

“Siyəzən Broyler” ASC-nin kollektivi Silahlı Qüvvələrə Yardım Fonduna 100 min manat köçürüb

Baxılıb: 1 589     Tarix: 09-10-2020 18:30   


Azərbaycan ordusu erməni silahlı birləşmələrinin işğalı altında olan Qarabağın azad edilməsi üçün tarixi hərbi əməliyyatlar keçirir. Rəşadətli əsgərlərimizin döyüş meydanında göstərdikləri misilsiz igidlik hamımızı illərdir həsrətlə gözlədiyimiz böyük Qələbəyə yaxınlaşdırır. Biz “Siyəzən Broyler” ASC-nin kollektivi olaraq fəxr edirik ki, Vətən torpağına göz dikən istənilən düşmən qüvvələrini torpaqlarımızdan birdəfəlik olaraq qovub çıxarmaq gücünə malik bir dövlətə, bir orduya, bir xalqa sahibik!

Milli Ordunun zəfərlərinə dəstək olaraq, “Siyəzən Boryler” ASC-nin əməkdaşları öz məvaciblərindən Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna 100.000 manat ianə etmişlər. Biz həmişə müzəffər ordumuzun yanındayıq!

Qarabağ Azərbaycandır!
#KarabakhIsAzerbaijan



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar