Təhlükə bitməyib, diqqətli olmaq lazımdır - Professor
Baxılıb: 676 Tarix: 14-10-2020 13:13

Məsələ ilə bağlı Qanunvehedef.az-a açıqlama verən professor Adil Qeybulla bildirib ki, Qarabağ savaşında gələn ardıcıl qələbələrə köklənib pandemiyanı unutmaq yanlış addımdır:
“Bu gün Azərbaycanda Vətən uğrunda müqəddəs bir savaş gedir, amma bu təbliğatın fonunda, sanki pandemiya ilə bağlı tədbirlər arxa plana keçib. Hesab edirəm ki, hər şeyin öz yeri var. Orta məktəblərdə, qapalı mühitdə karantin davranış qaydalarına əməl olunmasına nəzarət edilməlidir. İnsanlarda sanki maariflənmə yoxdur. Virus mutasiyaya uğrayıb zəifləsə belə, Azərbaycanda təhlükə bitməyib. Ona görə də maksimum şəkildə diqqətli olmaq lazımdır”.
Ən çox oxunanlar
Son xəbərlər