Xəbər lenti
12/09/2026 [12:31]
Sabah hava necə olacaq?
11/09/2026 [16:15]
Baş nazir iclas keçirdi
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Ermənistan ordusu geri çəkildi - İrəvandan ETİRAF

Baxılıb: 742     Tarix: 03-11-2020 11:28   

Ermənistan Müdafiə Nazirliyi 3 noyabr gecəsi Qarabağda gedən döyüşlərlə bağlı açıqlamasında Azərbaycan ordusunun uğurlar əldə etməsini dolayısı ilə etiraf edib.
Unikal.org erməni mətbuatına istinadən xəbər verir ki, rəsmi açıqlamada bildirilir ki, ötən gecə döyüşlər şərq, cənub-şərq və cənub istiqamətlərində davam edib. Göstərilən istiqamətlərdə Azərbaycan ordusuna qarşı müqavimət göstərdiklərini iddia edən erməni tərəf ardınca vurğulayıb ki, cəbhənin şərq istiqamətində "kiçik ərazidə", "Ermənistan ordusu taktiki səbəbdən geri çəkilib". Ermənistan Müdafiə Nazirliyi iddia edib ki, bu, döyüşlərin sonrakı mərhələsində yaxşı mövqelər əldə etmək üçün edilib.
Qeyd edək ki, İrəvan rəşadətli Azərbaycan ordusu qarşısında məğlubiyyətini birdəfəlik etiraf etməkdənsə, mövqelərin "taktiki gediş səbəbindən" təhvil verildiyini davamlı şəkildə açıqlamaqdadır.

Qanunvehedef.az



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar