Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Azərbaycanın Vətən müharibəsi Misir mətbuatında

Baxılıb: 538     Tarix: 03-11-2020 14:23   

Misir mətbuatı Azərbaycan xalqının Vətən müharibəsi haqqında xəbərlər və videomateriallar yaymaqda davam edir.
Qanunvehedef.az xəbər verir ki, ölkəmizin Misirdəki səfirliyi torpaqlarımızı düşmən tapdağından azad edən müzəffər Ordumuzun döyüş meydanında qazandığı qələbələr, ermənilərin dinc əhalini və mülki obyektləri hədəfə alması barədə yeni məlumatlar bu ölkənin, habelə ərəb dünyasının ictimaiyyətinə çatdırılır.
“Alvataneamag”, “Aldilomasy”, “Əl Vəsilə”, “”Rayetmisr”, “Elghad” informasiya portalları və “Asiaelyoum” xəbər agentliyi Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyanın ARD televiziya kanalına müsahibəsindən əsas məqamları işıqlandırıb.
“Akhbarelyoum” qəzetinin saytında oktyabrın 31-də Ermənistanın diversiya qrupunun əsgərlərimiz tərəfindən məhv edilməsi barədə xəbər və Azərbaycan Müdafiə Nazirliyinin yaydığı videomaterial yerləşdirilib. Həmçinin bu qəzetdə və nüfuzlu “Almasryalyoum” informasiya portalında Ermənistan tərəfindən Azərbaycanın şəhər və kəndlərinə məqsədli şəkildə edilən raket hücumları nəticəsində həlak olan vətəndaşlarımızın sayının 91-ə çatdığı, yaralananların sayının isə 400-dən çox olduğuna dair məlumatlar yayılıb.
Misirin “Gomhuriaonline” informasiya portalında isə Ermənistan silahlı qüvvələrinə məxsus “Su-25” təyyarəsinin zərərsizləşdirilməsi barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatı dərc olunub.шаблоны для dle 11.2



Ən çox oxunanlar