Xəbər lenti
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Müharibə başa çatdı: diqqətimizdən qaçan 8 maddə

Baxılıb: 885     Tarix: 10-11-2020 13:07   

Vətən müharibəsi və ya İkinci Qarabağ savaşı başa çatdı. Erməni qoşunları 30 ilə yaxındır möhkəmləndikləri tarixi ərazilərimizdən çıxır. Qələbə bizim oldu! Haqqımız olanı aldıq.
Məsələnin dərin siyasi analiz tərəflərini qoyaq kənara, bu, politoloqların işidir.
Gəlin, qazandıqlarımıza baxaq:
1. Dörd ildir Lələtəpəyə sevinirdik, çoxu Qarabağdan əlini üzmüşdü. Hətta Tovuzun itirilməsi təhlükəsini yaşayanlar da var idi. Amma indi ərazi bütövlüyümüz bərpa edildi. Üstəlik, ermənilərin illərdir israr etdikləri məsələ aradan qalxdı – Qarabağa heç bir status verilməyəcək. Yəni Qarabağın Azərbaycan ərazisi olması faktiki olaraq təsdiqini tapdı.
2. Ağdam, Kəlbəcər, Laçın kimi rayonları şəhid vermədən azad etdik. Xüsusən Ağdam və Kəlbəcəri azad etmək üçün minlərlə şəhid verəcəkdik, çünki çətin mövqelər idi.
3. Naxçıvana dəhliz açıldı, demək olar ki, MR blokadadan çıxdı.
4. Unudulmuş hesab edilən Qazax kəndləri də - 7 kənd - qaytarıldı.
5. Ermənilərin özləri barədə uydurduqları “qəhrəman, döyüşkən xalq” mifi tarixin zibilliyinə gömüldü.
6. Ermənilərin bizim haqqımızda düşündükləri “qoyun, qorxaq xalq” anlayışı darmadağın edildi.
7. Qarabağ münaqişəsinə son qoyuldu. Daha atəşkəs dövrü şəhidləri olmayacaq, azyaşlı Zəhralar ölməyəcək, Xədicələr valideynsiz qalmayacaq.
8. Şanlı türk əsgəri Qarabağımıza gəlir. Elə Rusiya hərbçiləri də. Təbii, sülhməramlıların Qarabağda qalması müvəqqətidir. Çox güman ki, 5 il sonra sülhməramlılar da bölgəni tərk edəcəklər.
Yekun: 30 ildir işğalda qalan, 40 min erməni hərbçisinin at oynatdığı, yalnız ermənilərin rahat yaşadığı, Paşinyanın yallı getdiyi, təbii sərvətlərimizin talandığı Qarabağ nəhayət ki, öz sahibinə - bizə qayıtdı.
Xatırlayırsınızmı, Ermənistanın müdafiə naziri David Tonoyan “yeni ərazilər uğrunda yeni müharibə” doktrinası elan etmişdi. Qondarma rejimin “liderciyi” Araik Arutyunyan Gədəbəyi işğal edəcəklərini açıqlamışdı. Paşinyan ətraf rayonların belə 1 qarışını qaytarmayacağını demişdi. Hanı o ərazi iddiaları? Cəhənnəmə getdi!
Bu gün Türkiyənin də bizi dövlət səviyyəsində təbrik etməsi göstərir ki, bu, artıq tam QƏLƏBƏDİR! Biz bu Tarixi Qələbəyə görə şəhidlərimizə, düşmənin 30 illik dəmir müdafiəsini darmadağın edən qəhrəman hərbçilərimizə, əsgərlərimizə borcluyuq. Bu Qələbə münasibətilə hər kəsi təbrik edirəm! Artıq yeni dövr başlayır. Bu, miladdır.
Miladın mübarək, Azərbaycan!

Qanunvehedef.azшаблоны для dle 11.2