Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Polkovnikimizin övladları “İllizarov” göndərdi - Foto

Baxılıb: 670     Tarix: 18-11-2020 11:35   

Şəmkir sakini, ehtiyatda olan polkovnik-leytenant, keçmiş hərbi hissə komandiri Nəbi Əhmədov Vətən müharibəsində yaralanan hərbçilərimizin müalicəsi üçün təqdirəlayiq addım atıb.
Qanunvehedef.az Axar.az  istnadən xəbər verir ki, polkovnik xaricdə yaşayan övladlarından hazırda müalicəsi davam edən əsgərlərimizi İllizarov aparatı olan tibbi cihazlarla təmin etmələrini istəyib.
Artıq 100 min manat dəyərində cihazlar yaralı hərbçilərimizin müalicəsi üçün göndərilib.
Özünün də torpaqlarımız uğrunda vuruşduğunu xatırladan Qarabağ qazisi Nəbi Əhmədov əsgərlərimizin bu aparata ehtiyacı olduğunu sosial şəbəkələrdən öyrəndiyini deyib:
“Övladlarıma zəng edərək onları bu haqda məlumatlandırdım. Sağ olsunlar, xaricdən alıb hərbçilərimiz üçün göndərdilər. Bu, bizim vətəndaşlıq borcumuzdur. Ali Baş Komandanımızın çıxışlarına qulaq asandan sonra mən də Ordumuza, əsgərlərimizə yardım etmək, ölkəmizə xeyir vermək qərarına gəldim. Ona görə bu aparatları döyüşlərdə yaralanan hərbçilərimizə dəstək göstərmək üçün gətirmişəm. Xaricdə yaşayan soydaşlarımıza da məsləhətim budur ki, Vətəni unutmasınlar, onun dar günündə əllərindən nə gəlirsə, onu da etsinlər”.
Nəbi Əhmədov İllizarov aparatının yaralı hərbçilərin müalicəsi üçün ideal tibbi ləvazimat olduğunu və sözügedən cizahların xəstəxanalarda azlıq təşkil etdiyini vurğulayıb:
“Bu aparatların qiyməti 100 min manat civarındadır. 20 bağlama olmaqla gətirilən bu aparatlar 100 xəstə üçün nəzərdə tutulub. Bu vasitələr lazımi müalicə mərkəzlərinə çatdırılacaq. Əsas pul deyil, gənclərimizin, Vətənimizi müdafiə edən, onun uğrunda canından keçməyə hazır olan hərbçilərimizin sağlamlığıdır. Allah onları qorusun!”
Qeyd edək ki, müharibə şəraitində olan ölkələrdə vacib əhəmiyyət kəsb edən bu aparatlar ayrı-ayrı sümük parçalarının uzunmüddətli fiksasiyası, sümük toxumasının zədələnməsini azaltmaq üçün mühüm tibbi aparat hesab olunur.
Xatırladaq ki, Nəbi Əhmədov daha əvvəl övladlarının onun ehtiyacı üçün göndərdiyi və öz təqaüdündən topladığı 50 min manat vəsaiti Silahlı Qüvvələrə Yardım Fonduna ianə etmişdi.

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər