Şuşa döyüşlərində dastana dönən qardaşlar: “Yaralı halda onu çiynimdə daşıdım...” + VİDEO
Baxılıb: 756 Tarix: 27-11-2020 12:30
Cəbhədə bir yerdə çiyin-çiyinə döyüşən 20 yaşlı İlkin və 18 yaşlı Elmin Şəbizadə qardaşlarının qəhrəmanlıqları dillərə dastan olub.
AZTV xəbər verir ki, hər iki valideynlərini itirən qardaşların döyüş bölgəsinə bir-birlərinə göstərdikləri dəstək və qayğını cəbhə dostları heyranlıqla qarşılayıb.
İlkin Şəbizadə bildirir ki, Şuşa uğrunda gedən döyüşlərdə yaralanıb. Qardaşının yarası ondan ağır olduğu üçün onu çiyninə alaraq döyüş bölgəsindən uzaqlaşıb: “Yaralansam da, ağlım qardaşımda idi deyə heç nə hiss etmirdim. Maşına çatdıq və bizi hospitala gətirdilər. Qardaşımın ayağındakı ət sallanırdı. Çox qan itirmişdi, üşüyürdü, üzü ağappaq idi.
Bir gün qaldıq orada. Qardaşım idi, mən idim, bir də bizim üstümüzdə Allah idi. Min canım olsa, qardaşıma və əsgərlərimizə qurban verərdim. Allah şəhidlərimizə rəhmət eləsin”.
Qeyd edək ki, bir neçə dəfə əməliyyat olunan E.Şəbizadənin müalicəsi hazırda xəstəxanada davam edir. Ətraflı AZTV-nin süjetini təqdim edirik:
Ən çox oxunanlar
Son xəbərlər