Xəbər lenti
18/09/2026 [13:31]
Sabah hava necə olacaq?
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Bir qrup Azərbaycan vətəndaşı Qazaxıstandan təxliyə edilib

Baxılıb: 205     Tarix: 10-01-2022 10:38   

20 Azərbaycan vətəndaşı Qazaxıstandan təxliyə edilib. Bu barədə APA-nın sorğusuna cavab olaraq Azərbaycanın Qazaxıstandakı səfirliyinin Almatı şəhərindəki nümayəndəsi Anar Hüseynzadə bildirib.
Onun sözlərinə görə, 12 Azərbaycan vətəndaşı Nur-Sultan şəhərindən Moskvaya, oradan isə Bakıya göndərilib.
“8 Azərbaycan vətəndaşı isə Almatı şəhərindən quru sərhədi ilə Bişkekə çatdırılıb. Pandemiya ilə bağlı quru sərhədləri bağlı olsa da, istisna hal kimi bu proses baş tutub. Həmin Azərbaycan vətəndaşları Bişkekdən Moskvaya, oradan isə Bakıya yola salınıb. Daha 10 nəfərin təxliyəsi planlaşdırılır”, - səfirlik əməkdaşı vurğulayıb.
O diqqətə çatdırıb ki, Qazaxıstanda baş verən hadisələrdə Azərbaycan vətəndaşlarının ölməsi və xəsarət alması, eyni zamanda, iğtişaşlarda iştirak etməsinə dair hər hansı məlumat daxil olmayıb.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar