Xəbər lenti
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

İran vətəndaşı yolu azaraq Azərbaycana keçdi

Baxılıb: 352     Tarix: 11-02-2022 12:15   

Fevralın 10-da saat 13:20 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Göytəpə sərhəd dəstəsinin Yardımlı rayonunun Buravar kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 1 nəfərin İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozması müşahidə edilib və sərhəd pozucusu sərhəd naryadı tərəfindən saxlanılıb.
Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat yayılıb.
Araşdırma zamanı özünü 1987-ci il təvəllüdlü Ocarudi Məsud Momen kimi təqdim etmiş şəxsin yolu azması nəticəsində dövlət sərhədini pozması müəyyən edilib.
Faktla bağlı müqabil tərəf sərhəd nümayəndəliyi xətti ilə məlumatlandırılıb, qısa müddət ərzində qeyd olunan şəxsin İran tərəfinə təhvil verilməsi nəzərdə tutulub.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar