Xəbər lenti
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Ombudsman yeniyetmə qızın zorlanması ilə bağlı məsələni nəzarətə götürdü

Baxılıb: 247     Tarix: 11-03-2022 14:11   

Gəncə şəhərində yetkinlik yaşına çatmayan qızın zorlanması faktı Ombudsman Səbinə Əliyeva tərəfindən nəzarətə götürülüb.
Bu barədə Qanunvehedef.az-a qurumun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Gəncə şəhərində 2005-ci il təvəllüdlü sağlamlıq imkanları məhdud olan yetkinlik yaşına çatmayan qızın zorlanaraq hamilə qalmasına dair qızın ailə üzvləri tərəfindən 916 Çağrı Mərkəzinə müraciətlə bağlı Ombudsman tərəfindən Gəncə Şəhər Prokurorluğuna sorğu göndərilərək məsələ dərhal nəzarətə götürülüb. Bununla yanaşı, azyaşlının tibbi müayinəsi və sağlamlıq vəziyyətinin nəzarətdə saxlanılması üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə müraciət olunub.
Aparatın əməkdaşları azyaşlı və ailə üzvləri ilə əlaqə saxlayaraq, onun səhhəti, psixoloji durumu və hüquqlarının müdafiəsi ilə bağlı vəziyyətlə maraqlanıblar.
Qurumdan bildirilib ki, Ombudsman Səbinə Əliyevanın tapşırığı ilə məsələ nəzarətdə saxlanılacaq və zəruri dəstək göstəriləcək.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar