Xəbər lenti
21/06/2026 [16:23]
Daha 1 il “Qarabağ”da
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Ramiz Mehdiyev AMEA-ya niyə gəlib? - SƏBƏBİ BİLİNDİ

Baxılıb: 488     Tarix: 17-03-2022 11:24   

Bir müddət əvvəl istefa ərizəsi yazan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin AMEA-ya gəlmə səbəbi məlum olub.
AMEA-nın Rəyasət Heyətinin mətbuat katibi Azadə Balayeva Oxu.Az-a bildirib ki, sabiq prezident akademiyanın həqiqi üzvüdür:
"Onun oraya gəlməsində qəribə bir hal yoxdur.
Məndə olan məlumata görə, Ramiz müəllim ötən gün şəxsi əşyalarını götürmək üçün AMEA-ya gəlib".
Qeyd edək ki, ötən gün R.Mehdiyevin AMEA-ya gəldiyi və iclas keçirdiyi barədə məlumat yayılmışdı.
Xatırladaq ki, fevralın 19-da AMEA-nın ümumi yığıncağında onun istefa ərizəsi qəbul edilib.
AMEA-nı tərk edən Ramiz Mehdiyev isə jurnalistlərin suallarını cavablandırmayıb və xidməti avtomobilə minərək oradan uzaqlaşıb.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar