Xəbər lenti
21/06/2026 [16:23]
Daha 1 il “Qarabağ”da
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Ukraynada öldürülən Rusiya ordusunun generallarının adları məlum oldu

Baxılıb: 592     Tarix: 19-03-2022 11:27   

Ukrayna Silahlı Qüvvələri ölkə ərazisində öldürülən Rusiya ordusunun generallarının siyahısını dərc edib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanlığı İdarəsinin Strateji Kommunikasiyalar Departamenti məlumat yayıb.
Qeyd olunub ki, müharibənin üç həftəsi ərzində ukraynalı əsgərlər azı altı general daxil olmaqla Rusiya ordusunun 10-dan çox yüksək səviyyəli zabitini öldürüblər.
Siyahıya əsasən Milli Qvardiyanın 141-ci motoatıcı alayının komandiri general-mayor Maqomed Tuşayev, general-mayor Vitali Gerasimov (Mərkəzi Hərbi Dairənin 41-ci Ordusu Komandanının birinci müavini), general-mayor Andrey Kolesnikov (Şərq Hərbi Dairəsinin 29-cu Ordusunun komandanı), general-mayor Andrey Suxoveçskiy ( Mərkəzi Hərbi Dairənin 41-ci Ordusu komandanının müavini), general-mayor Oleq Mityaev (150-ci motoatıcı diviziyasının komandiri), general-leytenant Andrey Mordviçev (Cənub Hərbi Dairəsinin 8-ci Qvardiya Birləşmiş Silahlı Qüvvələrinin komandanı) zərərsizləşdirilib.
"Əlbəttə, heç kim Rusiyada federal səviyyədə generalların itkilərindən danışmır. Rusiyada "Ukraynada xüsusi əməliyyat"ın rəsmi rəhbərinin adı hələ açıqlanmayıb", - Ukrayna Silahlı Qüvvələri əlavə edib.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar