Xəbər lenti
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

“Bu axşam havadakı toz hissəcikləri normadan yüksək olacaq”

Baxılıb: 260     Tarix: 12-04-2022 14:15   

“Bu gün səhər saatlarında atmosfer havası üzrə avtomatik stansiyalardan əldə olunan məlumatlara əsasən, Bakı, Sumqayıt və Gəncə şəhərlərində havanın keyfiyyət göstəriciləri norma daxilində olub”.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri Milli Hidrometeorologiya Xidmətinin əməkdaşı Gülnarə Abbasova deyib.
O qeyd edib ki, gündəlik müşahidələrə, peyk görüntülərinə və toz proqnoz modellərinə əsasən, yaxın günlərdə ölkə ərazisində transsərhəd çirklənmə gözlənilmir: “Lakin bu gün axşam saatlarından başlayaraq cənub-şərq küləklərinin arabir güclənən şimal-qərb küləkləri ilə əvəzlənməsi nəticəsində dispers toz hissəciklərinin normadan bir qədər yüksək olacağı, yəni lokal xarakterli çirklənmə proqnozlaşdırılır. Belə küləkli hava şəraitinin sabah axşam saatlarına qədər davam edəcəyi gözlənilir”.
G.Abbasovanın sözlərinə görə, aprelin 14-də şimal-qərb küləklərinin zəif cənub-şərq küləkləri ilə əvəzlənməsinin havada həm qaz qarışıqlarının, həm də dispers toz hissəciklərinin miqdarının norma daxilində olacağına və hava keyfiyyətinin yaxşılaşmasına şərait yaradacağı gözlənilir.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar