Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Goranboy RİH-də yeni təyinat

Baxılıb: 747     Tarix: 16-05-2022 09:36   

Goranboy Rayon İcra Hakimiyyətində yeni təyinat olub.
Qanunvehedef.az-ın məlumatına görə, rayon icra başçısı Məhərrəm Quliyev Şaiq Qənbərlini Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri təyin edib. O, bu vəzifədə Sərdar Sadıqovu  əvəz edib.
Qeyd edək ki, S.Sadıqov bu ilin yanvar ayında RİH-in Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsindən azad edilmişdi. Yeni vəzifəyə təyinat alan Ş.Qənbərli Goranboy Rayon İcra hakimiyyətində Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini olub.
Hazırda Goranboy RİH-də Memarlıq və tikinti şöbəsi müdiri–baş memar, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı vəzifələri vakantdır.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar